Xəbər lenti

Bakıda qadın sürücü avtomobildə yanıb
Ölkə04:37 28.06.2013

Bakıda qadın sürücü avtomobildə yanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda qadın sürücü avtomobildə yanıb. Qaynar.info-nun FHN-ə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda yol-qəza hadisəsi nəticəsində Səfərova Lalə Telman qızı tərəfindən idarə olunan "MERCEDES" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən sürücü L.T. Səfərovanın yanmış meyiti aşkar olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info