Xəbər lenti

Bakıda qadının alt paltarından narkotik çıxdı - FOTO
Ölkə14:57 10.11.2014

Bakıda qadının alt paltarından narkotik çıxdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda həbsxanaya narkotik maddə keçirmək istəyən şəxs yaxalanıb.

Qaynar.info xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Emin Çingiz oğlu Cəfərlinin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Bakı şəhəri, 1-ci Alatava, ev 16-da qeydiyyatda olan vətəndaş Tamilla Maqsudovna Ağayevanın və dayısı qızı Zaqatala şəhəri, Təbriz küçəsi, ev 31A-da qeydiyyatda olan vətəndaş Elnarə Eldar qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman, vətəndaş E.E.İsmayılovanın alt paltarında gizlətdiyi kibrit qutusunun içərisindən xalis çəkisi 2,65 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb.

Qaynar.info