Maqazin 14:22 15.05.2022

Bakıda restoran sahibi məşhur türk müğənniyə “Ferrari” hədiyyə etdi (FOTO/VİDEO)

Türkiyəli müğənni Deniz Sekiyə Bakıda baş tutan konsertindən sonra "Ferrari" markalı avtomobil hədiyyə edilib.

Qaynarinfo xəbər verir ki, sənətçi bu barədə şəxsi "Instagram" səhifəsində məlumat verib. 

Müğənni video paylaşaraq maşını konsert verdiyi restoran sahibinin ona bağışladığını bildirib:

"Kadeh Baku"nun sahibi mənə "Ferrari" hədiyyə etdi. Gələn ay Bakıda verəcəyim konsertimin hədiyyəsidir".