
Bakıda taxta bazarında baş verən güclü yanğın söndürülüb.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın nəticəsində bazarın taxta konsktruksiyalar olan ərazisində 1000 kv.m yanıb.
Yanğın saat 14.49-da yanğın söndürənlər tərəfindən söndürülüb.
***
Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonundakı poladərtimə zavodunun arxasında yerləşən taxta bazasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səhər 8:30-da başlamış yanğınla bağlı 103 xidmətinə hadisə şahidləri məlumat veriblər.
Təcili Tibbi Yardım briqadası hadisə yerində yanğından zərər çəkmiş 8 nəfərə yardım göstərib. Onların dördünə ambulator yardım göstərilib. Dörd nəfər isə Təcili Tibbi Yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılıb.
Yanğın hazırsa davam edir və 103 xidmətinin iki briqadası hadisə yerindədir.
Qaynar.info