Xəbər lenti

Bakıda temperatur 0 dərəcəyə enəcək
Ölkə08:40 22.01.2017

Bakıda temperatur 0 dərəcəyə enəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda yanvarın 23-də gözlənilən hava şəraiti açıqlanıb. 
Ekologiya və Təbii Səevətlər Nazirliyindən Qaynarinfo.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2° isti, gündüz 5-8° isti olacaq.
Bakıda gecə 0-2° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-75 % təşkil edəcək. 
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, rayonlarda hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Qaynarinfo.Az