Bakıda velosiped oğruları saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1992-ci il tarixdə Ucar rayonunda anadan olmuş F.G. Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən 450 manat dəyərində BMX markalı velosiped oğurlayıb.
1993-cü il təvəllüdlü D.R. isə Səbail rayonu, "Fəhlə əlləri” parkda "Velostra” markalı velosipedi oğurlayaraq vətəndaşa 500 manat ziyan vurub.
Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, F.G. velosipedi sürərkən təkəri partladığı üçün idarə edə bilməyib və zibil yeşiyində gizlədib. Sonra gətirib sahibinə təhvil verib. D.R. da oğurladığı velosipedi qaytardığını, əməlindən peşman olduğunu deyib.
Məhkəmənin hökmü ilə F.G. 30 gün müddətinə həbs edilib. D.R. isə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və ona inzibati tənbeh olaraq 180 saat ictimai işlər təyin olunub. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Aydın
Şərhlər