Xəbər lenti

Bakıda yumurta bahalaşıb? (AÇIQLAMA)
Ekonomiks 13:44 24.12.2024

Bakıda yumurta bahalaşıb? (AÇIQLAMA)

"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli Bakıda broyler yumurtasının qiymətinin kəskin bahalaşmasına aydınlıq gətirib. 

Sədr Qaynarinfo-ya açıqlamasında ötən ilin bu dövrünə nisbətən yumurtanın qiymətinin 3 qəpik ucuz olduğunu bildirib:

"Fabriklərdə yumurta yığılır, maşınlara və marketlərə təhvil verilir. Fabriklərdən topdansatış çıxış qiyməti 45 manata başa gəlir. 45 manatı 360-a böləndə qiymət təxminən 13-14 qəpik arasında olur. Qiymət qalxıbsa, bunu bilərəkdən şəbəkə marketlər qaldırıb. Əgər qiymət qalxmayıbsa, informasiya yalandır. Bu səhər hamısından bir-bir soruşmuşam. Fabriklərdən marketə təhvil verilən qiymətlər dəyişilməyib".
 
Mürvət Həsənli əlavə edib ki, noyabr ayında yumurtanın topdansatış qiyməti 52 manat (360 ədəd üçün) olub:

"Bu ay isə qiymət 45 manat olub. Həm də toyuq ətinin qiyməti də dəyişməyib. Ötən illə müqayisədə fabrik qiymətlərində 5-7%  ucuzlaşma var".

Qeyd edək ki, Azərbaycanda yumurtanın qiymətinin 22 qəpiyə qalxması ilə bağlı məlumat yayılıb. Bir neçə gün öncə marketlərdə 12-14 qəpiyə satılan broyler yumurtası hazırda 18-22 qəpiyə təklif olunduğuna dair məlumat yayılıb. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->