Xəbər lenti

Bakıya çörəkpuluna gələn 19 yaşlı gəncin faciəsi
Ölkə06:13 21.08.2014

Bakıya çörəkpuluna gələn 19 yaşlı gəncin faciəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün saat 15:30 radələrində Bakının Səbail rayonu ərazisində ehtiyatsızlıqdan faciəvi hadisə baş verib. Səbail rayon Polis İdarəsindən Ans press-ə verilnə məlumata görə, hadisə yeni inşa olunan 8 mərtəbəli yaşayış binasında baş verib.

Belə ki, həmin binanın tikintisində işləyən 19 yaşlı Pünhan Müslüm oğlu Musayev 5-ci mərtəbədən yıxılıb. Gənc hadisə yerində ölüb.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info