Ekonomiks 18:21 23.12.2022

"Baku Electronics" müştəriyə məlumat vermədi, məhkəməlik oldu

Azərbaycanda elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biri olan "Baku Electronics" məhkəməyə verilib.

Qaynarinfo-nun məlumatında görə, şirkətin İnzibati Xətalar Məcəlləsinin 453 maddəsinin pozulmasına görə cərimə ediləcəyi gözlənilir.

İşə  Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İXM-nin 453-cü maddəsinə görə, istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsinə görə - iki yüz manat məbləğində cərimə edilir.

Əhməd