Xəbər lenti

Bankın maşını aşdı: ölən var
Ölkə09:58 10.02.2014

Bankın maşını aşdı: ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Qazax yolunun Səngəçal qəsəbəsindən keçən hissəsində “Kapitalbank”a məxsus inkassator maşını qəzaya uğrayıb

Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, inkassator maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır yaralanıb. Faktı “Kapitalbank”ın mətbuat xidmətindən təsdiqləyiblər.

Bildirilib ki, qəza zamanı avtomobildə 3 nəfər olub. Nəticədə avtomobildə olan nağd vəsaitlərin idarəedilməsi üzrə fepartamentin mərkəzi kassasının əməkdaşı dünyasını dəyişib. Avtomobildə olan digər şəxslər, böyük inkasator və sürücü ağır yaralanıb.

Hadisə barədə məlumat daxil olan kimi həmin əraziyə digər inkassator maşını gəlib. Qəzaya uğrayan avtomobildəki pulların hamısı götürülüb. Qeyd edək ki, qəzaya uğrayan inkassator maşını Biləsuvar rayonundakı bank filialına gedirmiş.

Faktla bağlı araşdırmalara başlanıb.

Qaynar.info