Ekonomiks 13:05 01.02.2023

Baş nazir qərar imzaladı: Bu şəxslərin maaşı artırıldı

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Qaynarinfo xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin aylıq vəzifə
maaşlarının cədvəli bu Qərarın əlavəsinə uyğun olaraq müəyyən edilib.

Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.