Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahında xaos və çaşqınlıq başlayıb. Baş Qərargahı təmsil edən ondan çox şəxs Rusiya prezidenti Vladimir Putinə müraciət yazaraq, Rusiya Silahlı Qüvvələrinin prezidentin qarşıya qoyduğu məqsəd və vəzifələri yerinə yetirmək imkanının olmadığına əminliklərini ifadə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Kremlə yaxınlığı ilə seçilən "General SVR” Teleqram kanalı
yazır.
Kanal qeyd edir ki, müraciət müəllifləri öz mövqelərini bir sıra obyektiv səbəblərlə göstərirlər: kifayət qədər silahın olmaması, qoşunların motivasiyasının ümumiyyətlə olmaması və hərbçilər tərəfindən Ukrayna ərazisində hərbi əməliyyatların aparılmasının əsl səbəblərinin başa düşülməməsi.
Zabitlər səfərbərliyi "ölümcül səhv” adlandıraraq bunun xeyli qurbana səbəb olacağına, lakin məqsədlərə çatmağa kömək etməyəcəyinə əmindirlər. Müəlliflər Putindən "müdriklik göstərməyi” və prezidenti "xüsusi hərbi əməliyyatın” başlandığını elan etməyə vadar edən problemləri danışıqlar masası arxasında həll etməyi xahiş edirlər.
Həmçinin, hesabat müəlliflərinin fikrincə, hərbi qarşıdurmanın davam etməsi nəinki Rusiya hərbçiləri arasında yüz minlərlə qurbana səbəb olacaq, həm də dünyanı nüvə fəlakətinin astanasına qoyacaq.
Teleqram kanalının müəllifləri qeyd edir ki, bu, Baş Qərargah nümayəndələrinin prezidentə ilk müraciəti deyil, lakin bu müraciətdə müxaliflik açıq-aydın görünür. Baş Qərargahda Rusiya Federasiyası Silahlı Qüvvələrinin müasir Qərb silahları ilə təchiz edilmiş Silahlı Qüvvələrə qarşı imkanlarını obyektiv qiymətləndirən böyük əksəriyyət bu müharibədə qələbənin qeyri-mümkün olduğuna əmindir, hətta tam səfərbərlik elan olunsa belə. Düzdür, əksəriyyət Ali Baş Komandanın iradəsinə tabe olur və yalnız bir neçəsi prezidentin mövqeyinə zidd mövqe bildirməyə cəsarət edir. Və istisnasız olaraq hamı başa düşür ki, Putin körpüləri yandıraraq nüvə müharibəsinə aparır.
Bildirilir ki, Putin qeyd edilən müraciəti cavabsız qoyub.
Nizami Bağırov
Şərhlər