Dünya 11:45 04.11.2022

Bayden elan etdi: "İran tezliklə azad olunacaq" (FOTO)

ABŞ prezidenti Co Bayden ölkədə davam edən etirazlar fonunda "İranı azad edəcəyinə" söz verib. Prezident deyib ki, bu, çox yaxında baş verəcək.

Qaynarinfo bu barədə "Associated Press”ə istinadən xəbər verir.

"Narahat olmayın, biz İranı azad edəcəyik", deyə Bayden Demokrat Partiyasının üzvü Mayk Levinin kampaniyası zamanı tərəfdarlarına bildirib və əlavə edib ki, "onlar tezliklə azad olunacaqlar".

Qeyd olunur ki, ABŞ prezidenti Kaliforniyada seçki kampaniyasındakı çıxışı zamanı belə bir bəyanatı səsləndirərkən onlarla nümayişçi iranlı etirazçılara dəstək üçün "İranı azad et” yazısı ilə mobil telefonları qaldırıblar.

Nəşr onu da yazır ki, Bayden administrasiyası iranəsilli amerikalı fəalların tənqidi ilə üzləşib və ölkədəki etirazlar fonunda Ağ Evi İranla nüvə sazişini imzalamaq ideyasından əl çəkməyə çağırıb.

Nizami Bağırov