Dünya 15:15 09.02.2023

Bayden: "Putin artıq Ukraynanı itirib, daha heç nə edə bilməz"

Ukraynada xüsusi əməliyyata başlayan Rusiya prezidenti Vladimir Putin "NATO-nun dağılmasına”, o cümlədən Rusiya hərbçilərini alqışlayacaq bütün rusdilli ukraynalıların dəstəyinə ümid edirdi, lakin "bunların heç biri baş vermədi”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Prezident Co Bayden PBS NewsHour-a müsahibəsində deyib.

Baydenin sözlərinə görə, "Putin heç vaxt bunun öhdəsindən gələ bilməyəcək”. ABŞ prezidenti həmçinin deyib ki, Putin "artıq Ukraynanı itirib”.

ABŞ-ın Ukraynanı dəstəkləmək üçün artıq təxminən 100 milyard dollar xərclədiyini nəzərə alsaq, Baydenin Kiyevi "nə qədər lazımdırsa, o qədər dəstəkləyəcəyik” vədinin açıq öhdəlik olub-olmaması ilə bağlı suala cavab olaraq, Bayden təsdiqləyib ki, "bu, möhkəm öhdəlikdir".

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə Rusiya Federasiyasının Ukraynada qələbəsini "qaçılmaz” hesab etdiyini bəyan edib.

Alpər