Xəbər lenti

Bayden Ukraynaya dəstək səlahiyyətlərini MN və Dövlət Departamentinə verdi
Dünya 13:13 23.07.2024

Bayden Ukraynaya dəstək səlahiyyətlərini MN və Dövlət Departamentinə verdi

ABŞ prezidenti Co Bayden Ukraynaya dəstək haqqında qanuna əsasən səlahiyyətlərini Maliyyə Nazirliyinə və ABŞ Dövlət Departamentinə verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Sərəncama əsasən, Bayden "Ukraynalılar üçün iqtisadi rifahın və imkanların bərpası haqqında” qanunun müəyyən hissələrində nəzərdə tutulmuş funksiya və səlahiyyətlərini maliyyə naziri Janet Yellen və dövlət katibi Entoni Blinkenə həvalə edib.

Daha əvvəl ABŞ-da qəbul edilmiş bu qanun, xüsusilə, Ukraynanın bərpası üçün Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi imkanını nəzərdə tutur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->