Xəbər lenti

Baydenin 72 yaşlı həyat yoldaşı koronavirusa yoluxdu
Dünya 10:40 05.09.2023

Baydenin 72 yaşlı həyat yoldaşı koronavirusa yoluxdu

ABŞ-ın birinci xanımı Cil Bayden koronavirusa yoluxub. 

Qaynarinfo Fox 11-ə istinadla xəbər verir ki, Amerika liderinin 72 yaşlı həyat yoldaşının COVID-19 testi müsbət çıxıb.

Məlumdur ki, Co Baydenin həyat yoldaşı xəstəliyin yüngül simptomlarını aşkarlayıb, o, sağalana qədər Delaver ştatının Rehoboth Beach şəhərindəki ailə evində qalacaq.

Eyni zamanda, Baydenin özü də koronavirus üçün test verib, nəticə mənfi çıxıb və o, artıq Ağ Evə qayıdıb. Qeyd olunur ki, 80 yaşlı Amerika prezidenti həyat yoldaşı yoluxduqdan sonra mütəmadi olaraq koronavirus testindən keçəcək və monitorinq aparacaq.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->