Xəbər lenti

BDYPİ-dən generala müraciət edən vətəndaşla bağlı açıqlama
Ölkə12:08 15.11.2023

BDYPİ-dən generala müraciət edən vətəndaşla bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol polisi əməkdaşlarından şikayətçi olan Sənan Qaravəliyevin iddialarına münasibət bildirib. 
İdarənin baş inspektoru Araz Əsgərli Qaynarinfo-ya açıqlamasında deyib ki, Sənan Qaravəliyevin sərxoş olmasına əsaslı şübhələr yarandığına o saxlanılıb: "Vətəndaş xüsusi avadanlıqla yoxlanılıb və onun sərxoş olduğu ortaya çıxıb. Bundan başqa, özü də spirtli içki qəbul etdiyini etiraf edib və yerində əlavə yoxlanışa getməyə lüzum görməyib. 
Faktiki olaraq xüsusi cihazla yoxlanılarkən sərxoşluğunun 0,3 promildən çox olduğu aydınlaşıb. Bütün bunlar tam qanuni şəkildə sənədləşdirilib və qanuni tədbirlər görülüb”, - deyə baş inspektor bildirib. 
Sənan Qaravəliyev sərxoş olmadığını, tibbi müayinin nəticələrinin də bunu təsdiq etdiyini bildirib. O, baş verənlərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova ünvanladığı müraciətdə baş verənlər barədə detallı məlumat verib. 
Bundan başqa, məlum olub ki, vətəndaş məhkəməyə müraciət etmək niyyətindədir. 
Seyid