Xəbər lenti

Maqazin 21:21 30.07.2023

Bekhemlər Meqan Markl və şahzadə Harridən niyə küsüb?

Devid və Viktoriya Bekhem şahzadə Harri və Meqan Markl ilə mübahisə edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” futbolçuya yaxın mənbəyə istinadən məlumat yayıb.

Bir insayderin sözlərinə görə, Bekhemlər və Sassekslər arasında uzun müddətdir davam edən dostluq Meqan və harri Bekhemləri onlar haqqında məlumatları mətbuata sızdırmaqda ittiham etdikdən sonra sona çatıb. Mənbə əlavə edib ki, Devid Bekhem cütlüklər arasında gərgin telefon danışığı zamanı ortaya atılan iddialardan sonra qəzəblənib.

Meqan Böyük Britaniyaya köçdükdən sonra Devid və Viktoriyanın onu dəstəklədiyini və nəhayət 2018-ci ildə Harri ilə toyuna dəvət edildiyini qeyd edərək, "İndi barışıq mümkün deyil" deyib.

İnsayder əlavə edib ki, Susseks hersoqları ABŞ-a köçdükdən sonra Meqan Markl cütlüyün Montecitodakı evinin yaxınlığında yaşayan başqa bir Viktoriya, kosmetika biznesi sahibi Viktoriya Ceksonla dost olub.

"Viktoriya biznes qurdu, o, brend yaratmaq haqqında hər şeyi bilir və Meqana bir çox məsələlərdə məsləhət verir. O və Meqan bir çox səviyyələrdə bağlıdırlar. Onlar çox yaxındırlar və bir-birlərinə pərəstiş edirlər”, deyə mənbə bildirir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->