Xəbər lenti

Belçika Azərbaycana yeni səfir təyin etdi
Siyasət 12:00 27.05.2024

Belçika Azərbaycana yeni səfir təyin etdi

Jyulen de Frepon Belçikanın Azərbaycandakı yeni səfiri təyin edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Krallığın Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, o, hazırda xarici işlər nazirinin Avropa məsələləri və xarici ticarət üzrə müşaviri vəzifəsini tutur.

Qeyd edək ki, Belçikanın Azərbaycandakı hazırkı səfiri Mişel Pitersmans diplomatik missiyasını bu ilin yayında başa vuracaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->