Xəbər lenti

Bərdə-Ağdam dəmir yolu xəttində yenidənqurma işlərinin 70 faizi tamamlandı
Ölkə18:23 03.08.2023

Bərdə-Ağdam dəmir yolu xəttində yenidənqurma işlərinin 70 faizi tamamlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tarixi Bərdə-Ağdam dəmir yolu xəttində yenidənqurma işləri sürətlə davam etdirilir.
Qaynarinfo "Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir ki, uzunluğu 47,1 kilometr olan yolun 90 faiz layihələndirilməsi yerinə yetirilib.
Uzunölçülü relslər 100 faiz quraşdırılıb, 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan 2-si müxtəlif ölçülü körpülərdir.
Ümumilikdə tikinti işlərinin 70 faizi tamamlanıb və layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.