Xəbər lenti

Bərdədə ildırım faciəsi - VİDEO
Ölkə10:58 24.09.2013

Bərdədə ildırım faciəsi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkə ərazisində ötən gündən yağmağa başlayan yağış bu gecə də davam edib. Ən çox ziyan isə yenidən Bərdə rayonuna dəyib. Rayonda ildırım vurması nəticəsində elektrik təsərrüfatı sıradan çıxıb. Evlər, yollar yenidən su altında qalıb.

İldırım rayonu elektrik enerjisi ilə təmin edən yarımstansiyada avadanlıqları sıradan çıxarıb. Rayona elektrik enerjisinin verilməsi dayanıb. Qəzanın baş verdiyi andan etibarən bərpa işlərinə başlanıb. Paytaxtdan Mingəçevir və Gəncə şəhərlərindən mütəxəssislər dəvət olunub. Hazırda "Azenerji" mütəxəssisləri hadisə yerində araşdırma aparır, qəzanın səbəbi də bundan sonra məlum olacaq.

Bərdə rayon İcra Hakimiyyətinin başçısının müavini İlham Məmmədovun sözlərinə görə, səhər saat 6-da kəndlərin 90 faizinə işıq verilib. "Şəhərin bir hissəsinə də artıq işıq verilib".


Qaynar.info