Xəbər lenti

Berlindəki sülh danışıqları başa çatdı (YENİLƏNİB)
Siyasət 16:54 29.02.2024

Berlindəki sülh danışıqları başa çatdı (YENİLƏNİB)

28-29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-də danışıqlar aparılıb.

XİN-dən Qaynarinfo-ya verilən xəbərə görə, nazirlər və onların heyətləri arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib.

Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib.
 
13.46

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Berlində Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Qeyd edək ki, tərəflər arasında danışıqlar fevralın 28-də başlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->