Xəbər lenti

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
Ölkə 11:59 17.12.2025

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Hadisə dekabrın 16-da Qovlar şəhərində baş verib.
 
Qəsəbə sakinləri 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, arvadı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdirilmiş vəziyyətləri qənaətbəxşdir.

Araşdırmalar aparılır. (APA)

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->