İdman 17:00 11.08.2022

Birinci Divizionun püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan I Divizionunun 2022/2023-cü illər mövsümünün püşkatma mərasimi keçirildi.
 
Qaynarinfo avqustun 24-dən başlayacaq yarışda 15 komanda iştirak edəcək. Bu səbəbdən ilk turda "Sumqayıt-2" komandası məcburi istirahət edəcək.
 
İlk turunda aşağıdakı cütlər üz-üzə gələcək:

"Zirə-2” – "Kəpəz-2”
"Turan Tovuz-2” – "Şamaxı-2”
"Qəbələ-2” – "İmişli”
"Araz Naxçıvan” – "Qarabağ-2”
MOİK – "Zaqatala”
"Mingəçevir” – "Neftçi-2”
"Qaradağ Lökbatan” – "Səbail-2”
 
Səbuhi Həsənov