Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnert Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Böyük Britaniya rəhbərliyinin Rusiya, onun rəhbəri və rəsmi hakimiyyət nümayəndələri, eləcə də Rusiya xalqı ilə bağlı açıq-saçıq, alçaldıcı bəyanatları ilə bağlı səfirə kəskin etiraz bildirilib.
"Səfirə Böyük Britaniyanın səlahiyyətli nümayəndələrinin təhqiredici ritorikasının yolverilməz olduğunu bildirən yaddaş qeydiyyat kitabaçası təqdim edilib. Layiqli cəmiyyətdə bu cür ifadələrə görə üzr istəmək adətdir.
Bundan əlavə, Böyük Britaniya rəsmilərinin bəyanatları, xüsusən də Rusiya tərəfinin səsləndirdiyi iddia edilən "nüvə silahından istifadə ilə hədələr”lə bağlı qəsdən yalan məlumatların təkrarlanması təcrübəsinin yolverilməzliyi qeyd olunub”, - deyə Rusiya XİN-in bəyanatında bildirilib.
Şərhlər