Botoks etdirənlər, botulizmə yoluxub, canlarından ola bilərlər.
Qaynarinfo Xəzər TV-yə istinadən məlumat verir ki, fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 91 nəfər gətirilib.
Qəbul edilən xəstələrdən 36 nəfər dərmandan, 22 nəfər sirkə turşusundan, 9-u spirtli içkidən, 3-ü botulizmdən zəhərlənən şəxslərdir. Həkim infeksionist Mərdan Əliyev bildirdi ki, kosmetik və tibbi məqsədlə istifadə olunan botoks da botulizm xəstəliyinin yaranmasına səbəb ola bilər.
Bəzi hallarda botulizm ölümə gətirib çıxara bilər.
Xəstəliyin inkubasiya dövrü bədənə daxil olan toksinin miqdarından asılıdır. Bu, bir-iki saatdan 10 günə qədər davam edə bilər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər