Xəbər lenti

Britaniyanın Kiyevə ayırdığı hərbi yardımın bir hissəsi utuilizasiyaya ayrılıbmış
Dünya 15:15 11.09.2024

Britaniyanın Kiyevə ayırdığı hərbi yardımın bir hissəsi utuilizasiyaya ayrılıbmış

Böyük Britaniya Müdafiə Nazirliyi (MN) köhnəlmiş hərbi texnikanı Ukrayna Silahlı Qüvvələrinə (USQ) təhvil verib, onlardan bəziləri utilizasiya edilməli və ya dəyişdirilməlidir. 

Qaynarinfo xəbər verir ki, bu məlumat Böyük Britaniyanın Kiyevə hərbi yardımının auditinin nəticələrinə əsaslanan Milli Audit İdarəsinin hesabatında yer alıb.

"Ukraynaya bağışlanmaq üçün avadanlığı seçərkən Müdafiə Nazirliyi köhnə texnikaya üstünlük verirdi. Bu cür avadanlıqlar tez-tez utilizasiyaya və ya dəyişdirilməyə məruz qalsa da, Müdafiə Departamenti hesab edir ki, bağışlanan texnika Ukrayna Silahlı Qüvvələri üçün birbaşa hərbi əhəmiyyət kəsb edir”, - deyə hesabatda bildirilir.

Auditorların fikrincə, bu yanaşma Müdafiə Nazirliyinə köhnəlmiş avadanlıqların utilizasiyası ilə bağlı xərcləri azaltmağa imkan verib. Belə ki, 2022-ci ilin mart ayında nazirlik Kiyevə istifadə müddəti yaxınlaşdığı üçün məhv edilməli olan 17 min cüt hərbi üslublu ayaqqabı bağışlayıb. Böyük Britaniyanın Müdafiə Nazirliyindəki mənbə Financial Times-a bildirib ki, "yaxşı ki, köhnə avadanlıqdan qurtulmuşuq və indi onu yenisi ilə əvəz edə bilərik".

Sənəddə bildirilir ki, münaqişə başlayandan bəri Böyük Britaniyanın Ukraynaya hərbi yardım üçün ayırdığı vəsaitin ümumi məbləği 7,8 milyard funt sterlinq (10,2 milyard dollar) təşkil edib. Ukrayna Silahlı Qüvvələrini dəstəkləməyə davam etmək niyyətini nəzərə alaraq, Müdafiə Nazirliyi Ukraynanın ehtiyacları ilə krallığın maraqları arasında düzgün balansı saxlamalıdır, - NAO əlavə edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->