Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Qaynarinfo xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 14:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 30 m/s-yə çatır.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4.5 metrdir. Bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunur. Qərb küləyi Zaqatala rayonun yüksək dağlıq ərazilərində 34 m/s-dək güclənib, Naftalanda 18 m/s, Şahdağda 17 m/s-dir.
Gəncə, Goranboy, Altıağac, Bərdə, Qobustan, Tərtər, Quba, Şabranda külək zəifləyib. Zaqatala, Qax, Şəkidə arabir yağış, Şahdağda və Zaqatala rayonunun yüksək dağlıq ərazilərinə arabir qar yağıb. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək.
Şərhlər