Xəbər lenti

Bu gündən şagird yerdəyişməsi müvəqqəti dayandırılır (YENİLƏNİB)
Ölkə14:50 12.01.2022

Bu gündən şagird yerdəyişməsi müvəqqəti dayandırılır (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılıb.
Bu barədə Qaynarinfo Təhsil Nazirliyinə istinadən xəbər verir.
Səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır.
Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

10:04
Bu gündən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılır.
"Report" xəbər verir ki, səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır.