Xəbər lenti

Bu il 238 məzun orta məktəbi qızıl medalla bitirib
Ölkə13:17 17.07.2013

Bu il 238 məzun orta məktəbi qızıl medalla bitirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2012/2013-cü tədris ilində Azərbaycanda orta məktəbi bitirən məzunlar arasında qızıl medal alanların sayı artıb, gümüş medal alanların sayı isə azalıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, 2012/2013-cü tədris ilində ölkənin orta məktəbinin XI siniflərini 248 məzunu qızıl və gümüş medalla başa vurub. Məzunlardan 238-i qızıl, 10-u isə gümüş medala layiq görülüb.

2011/2012-ci ilində isə orta məktəbləri 138 məzun medallarla bitirib. Onların 118-i qızıl, 20-si isə gümüş medala layiq görülüb.

Qeyd edək ki, məzunlara medallar hələ təqdim edilməyib.


Qaynar.info