Xəbər lenti

Bu il azərbaycanlılar Türkiyədən nə qədər ev aldı? - Rəsmi açıqlama
Ölkə13:49 23.07.2016

Bu il azərbaycanlılar Türkiyədən nə qədər ev aldı? - Rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan vətəndaşları 2016-ci ilin yanvar-iyun aylarında Türkiyədən 336 mənzil alıb.

Türkiyə Statistika Komitəsinin məlumatına görə, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 13,84 faiz azdır. Azərbaycan vətəndaşları təkcə iyun ayında qardaş ölkədən 63 ədəd mənzil alıb. Halbuki ötən ilin iyun ayında azərbaycanlılar Türkiyədən 72 ədəd mənzil almışdılar.

Türkiyə mənzil bazarına ötən dövrlərdə olduğu kimi ən çox maraq göstərən ölkələr isə İraq, Rusiya və Səudiyyə Ərəbistanı olub. Belə ki, iyun ayında İraq vətəndaşları Türkiyədən 214, Rusiya vətəndaşları 114, Səudiyyə Ərəbistanı 112, Küveyt 110, Əfqanıstan isə 107 ədəd mənzil alıb. (atv.az)

Qaynarinfo.Az