Xəbər lenti

Bu il Britaniyaya qayıqla 20 mindən çox qeyri-qanuni mühacir gəlib
Dünya 23:55 29.08.2024

Bu il Britaniyaya qayıqla 20 mindən çox qeyri-qanuni mühacir gəlib

İlin əvvəlindən bəri 20 mindən çox qeyri-qanuni miqrant Böyük Britaniyaya çatmaq üçün qayıqla Manş boğazını keçib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən "Sky News" telekanalı məlumat yayıb.

"Bu il Böyük Britaniyaya kiçik qayıqlarla gələnlərin sayı 20 mini keçib", deyə telekanal qeyd edib.

Nazirlik bildirib ki, bir gün əvvəl analoji qaydada Britaniyaya 614 miqrant gəlib. Gündəlik rekord göstərici iyunun 18-də (900 qeyri-qanuni mühacir) qeydə alınıb. Həmin vaxt hakimiyyətdə Mühafizəkarlar Partiyası idi. Seçkilərdən və Leyboristlər Partiyasının hakimiyyətə gəlişindən bu yana ən yüksək rəqəm avqustun 11-də 700-dən çox miqrantın gəlməsi olub.

Ümumilikdə ilin əvvəlindən Britaniya sərhəddini 20 433 qeyri-qanuni immiqrant keçib ki, bu da 2022-ci ilin rekord göstəricisindən (25 min) azdır.

Bundan əvvəl Britaniya parlamentinin İcmalar Palatasının (aşağı palata) üzvləri Ruandaya qanunsuz miqrantların qovulmasına dair qanun layihəsini üçüncü oxunuşda təsdiqləyiblər. 2022-ci ilin yazında London qeyri-qanuni mühacirləri göndərmək üçün Ruanda ilə müqavilə bağlayıb. Afrika ölkəsi 140 milyon funt-sterlinq (178 milyon dollar) məbləğində təzminat alıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->