Foto 11:37 13.02.2024

Bu institutun 5 əməkdaşı nöqsanlara görə işdən çıxarıldı (FOTO)

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun 5 əməkdaşı əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı AMEA-nın Direktorlar Şurasının iclasında qərar qəbul olunub.

Bildirilib ki, Memarlıq və İncəsənət İnstitutunun İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 elmi işçi vəzifələrindən azad ediliblər.

Eyni zamanda İnstitutun bir neçə əməkdaşına əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə töhmət elan olunub.