Xəbər lenti

Bu ölkədə 200 fili gülləyəcəklər (SƏBƏB)
Dünya 00:20 15.09.2024

Bu ölkədə 200 fili gülləyəcəklər (SƏBƏB)

Zimbabve hakimiyyəti həddindən artıq quraqlığın təsirlərini zərərsizləşdirmək üçün 200 fili öldürməyi planlaşdırır.

Demokrat.az xəbər verir ki, bu barədə Zimbabvenin Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda ölkədə ehtiyac olduğundan daha çox fil var. Nəticədə ZimParks Vəhşi Təbiət Parkının rəhbərliyinə öldürüləcək heyvanların seçilməsi tapşırılıb. Rəsmilər bu addımın sürətlə artan fil populyasiyasına nəzarət etməyə kömək edəcəyini və həmçinin həddindən artıq quraqlığın təsirləri ilə mübarizə aparmağı asanlaşdıracağını deyirlər.

ZimParks qoruğunun rəhbəri Fulton Manqvanya AFP-yə bildirib ki, hakimiyyət ümumilikdə 200 fildən xilas olmaq niyyətindədir.

Ümumilikdə, Zimbabvedə təxminən 100 min fil yaşayır, ölkə Botsvanadan sonra bu heyvanların ikinci ən böyük əhalisi hesab olunur. Sonuncu dəfə Zimbabvedə fillər 1988-ci ildə güllələnib.

Bundan əvvəl Namibiya son onilliklərin ən pis quraqlığı səbəbindən 700 vəhşi heyvanın, o cümlədən fil və begemotların məhv edildiyini açıqlamışdı. Namibiyanın ətraf mühit nazirliyi bildirib ki, artıq 160-a yaxın heyvan öldürülüb.

Bu tədbir su ehtiyatlarının istehlakını asanlaşdırmaq və quraqlıq səbəbindən aclıq çəkən minlərlə insanı ətlə təmin etmək üçün nəzərdə tutulub. Hökumətin əmri heyvan hüquqları müdafiəçiləri tərəfindən ciddi şəkildə tənqid edilib.

Zimbabve və Namibiya quraqlığa görə fövqəladə vəziyyət elan edən Cənubi Afrika ölkələrindəndir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->