Xəbər lenti

Bütün dövlət orqanlarının sosial şəbəkələrdə səhifələri olacaq
Ölkə07:43 30.04.2016

Bütün dövlət orqanlarının sosial şəbəkələrdə səhifələri olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda 2018-ci ildə bütün dövlət orqanlarının sosial şəbəkələrdə səhifələri olacaq.

Qaynarinfo.az APA-ya istinadən bildirir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda əksini tapıb. Milli Fəaliyyət Planına əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları 2016-2018-ci illərdə dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosial şəbəkələrdə səhifələrinin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsini həyata keçirməlidir.

Qaynarinfo.az