Xəbər lenti

Cəbhədə ən son baş verənlər - VİDEO
Ölkə07:48 23.06.2014

Cəbhədə ən son baş verənlər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəbhənin Qazax İstiqamətində müddətdən artıq xidmət edən hərbi qulluqçumuz, kiçik çavuş Orxan İlqar oğlu Hacıyev minaya düşüb. 

ANS TV-nin məlumatına görə, Ermənistan silahlı qüvvələri Tərtərin cəbhə xəttində yerləşən Qapanlı kəndinin dinc sakinlərini atəşə tutub. Bu dəfə əkin sahəsində taxıl biçən fermerlər qarşı tərəfin gülləboranına tuş gəlib. Atılan güllələrdən biri traktorla sahədə işləyən Namiq Əliyevə dəyib. Yonca sahəsini sulayan fermerlər isə zorla canlarını qurtardıqlarını deyir. 

Fermer Ənvər Abdullayev bildirib ki, güllə atanda oturdum aşağı, sonra yumalandım yerimi dəyişdim ki, həmin yeri vurmasınlar. “1 saat oturdum sonra arxın içiylə çıxdım başa.” 

Ayağından güllə yarası alan Namiq Əliyev deyir ki, əkin sahəsindən sürünərək çıxmaq məcburiyyətində qalıb. Yaxınları onu Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Yaralıya dərhal tibbi yardım göstərilib. Qanaxmanın qarşısı alınıb. Hazırda xəstənin vəziyyəti normal qiymətləndirilir. 

Namiq Əliyev özü hadisəni belə xatırlayır. Atışma düşdü mən tullandım yerə məni yerdə vurdular. Sahədə kombayn da var idi, başqa adamlar da. “Bizə güllə atanda onlar gizləndilər.” 

Qapanlıda gərgin vəziyyət gecəboyu da davam edib. Kənd sakinləri mal-qaranı yalnız hava qaralandan sonra otlaq sahələrindən çıxara bilib.

Qaynar.info