Tarix elmləri doktoru, professor, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli Türk Tarix Qurumunun fəxri üzvü (Şərəf Üyəsi) seçilib. Bu barədə qurumun basqanı professor, doktor Mehmet Metin Hülagü Cəmil Həsənliyə məktubunda məlumat verib.
Fəxri üzv diplomu professor C.Həsənliyə Türk Tarix Qurumunun oktyabr ayının 30-da İstanbulda təşkil ediləcək təntənəli mərasimində təqdim olunacaq. Dünyanın nüfuzlu tarix cəmiyyətinin fəxri üzvü seçilmək Azərbaycan elminin mühüm uğuru sayılır.
İndiyə qədər iki Azərbaycan tarixçisi - mərhum akademik Ziya Bünyadov və professor Süleyman Əliyarlı bu yüksək tarix cəmiyyətinin fəxri üzvləri seçiliblər.