Xəbər lenti

Çempionlar Liqası: “Qalatasaray” Norveçdə qələbə qazandı
İdman 01:43 24.08.2023

Çempionlar Liqası: “Qalatasaray” Norveçdə qələbə qazandı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 3 görüş keçirilib.

Qaynarinfo-nun məlumatına görə, Türkiyə çempionu "Qalatasaray” səfər matçına çıxıb.

İstanbul nəhəngi Norveçdə yerli "Molde”ni son dəqiqələrdə vurduğu qol sayəsində məğlub edib.

İsraildə Hayfa "Makkabi”si ilə İsveçrənin "Yanq Boyz” komandasının duelində qalib müəyyənləşməyib.

Portuqaliya təmsilçisi "Braqa” isə doğma meydanında Yunanıstan "Panatinaikos”unu minimal fərqlə üstələyib.

Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyunlar

23 avqust
"Braqa” (Portuqaliya) - "Panatinaikos” (Yunanıstan) 2:1
Qollar: Abel Ruiz, 51, Alvaro Djalo, 73 - Daniel Mançini, 90+5

"Makkabi” (Hayfa, İsrail) - "Yanq Boyz” (İsveçrə) 0:0

"Molde” (Norveç) - "Qalatasaray” (Türkiyə) - 2:3
Qollar: Martin Ellinqsen, 8, Kristoffer Hyugen, 56 - Sergio Oliveyra, 25, Mauro İkardi, 29, Fredrik Midtsyo, 90+3

Qeyd edək ki, bu cütlərdə cavab görüşləri avqustun 29-da keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->