"Sonuncu erməni əsgəri
Qarabağ ərazisindən çıxdıqdan sonra Azərbaycan danışıqlara "hə” deyə bilər".
Bunu Qaynarinfo-ya
açıqlamasında politoloq Qabil Hüseynli oktyabrın 30-da Cenevrədə Azərbaycan və
Ermənistanın Xarici işlər nazirlərinin görüşünün nəticələrindən danışarkən
deyib. Politoloq Cenevrə görüşündən nəticə gözləmədiyini vurğulayıb:
"Bu görüş böyük
dövlətlərin cəbhədə atəşkəs elan edib erməniləri sonrakı ağır məğlubiyyətdən
xilas etmə cəhdləridir. Ortaya da yenidən ATƏT-in Minsk Qrupu həmsədlərinin
iştirakı ilə danışıqların davam edilməsi fikri atıldı. Yəqin, hazırda
ordadırlar, Xarici İşlər Nazirləri onlarla da görüşəcək. Ona görə də mən bu
Minsk Qrupunun təklifi ilə hər hansı bir nəticənin əldə ediləcəyinə inanmıram.
Hər şey danışıqlar xətrinədir".
Qabil Hüseynli qeyd
edib ki, ermənilər qalıcı, həmişəlik bir atəşkəsə nail olmaq istəyirlər:
"Bu da Azərbaycan
üçün əlverişli deyil. Ermənilər işğal etdikləri torpaqdan çıxacaqlarsa,
çıxacaqları vaxtın cədvəlini bizə təqdim edərlərsə, Azərbaycan bu işə Prezident
səviyyəsində "hə” deyərsə proseslərin sonrakı gedişini izləmək olar. Amma ermənilər
həmişə yalan içərisində yaşayıb, ona görə də onların hər hansı sözünə inanmaq çətindir".
Politoloq sonda bu
günə kimi ermənilərin etibarsızlıq qazandığından danışıqların alınmayacağı qənaətində
olduğunu bildirib.
Qeyd edək ki,
oktyabrın 30-da Cenevrədə Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərinin
görüşü keçirilib. ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşlə bağlı bəyanat
yayıblar.
Bahar Rüstəmli
Şərhlər