Xəbər lenti

Çilidə qışda temperatur rekord həddə çatdı - +37 dərəcə
Dünya 16:03 08.08.2023

Çilidə qışda temperatur rekord həddə çatdı - +37 dərəcə

Çilidə builki qışda rekord hava temperaturu qeydə alınıb. Belə ki, ölkədə 37 dərəcə isti qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews Green” məlumat yayıb.

"Qışın ortasında 37 dərəcə isti (Cənub yarımkürəsində qış iyun-avqust aylarıdır-red.) qeyri-adidir. Bu, normal dəyərlərdən demək olar ki, 15 dərəcə yuxarı olan temperatur anomaliyasıdır”, deyə Santyaqo Universitetinin klimatoloqu Raul Kordero bildirib.

O qeyd edib ki, temperaturun bu cür artması lokal deyil, qlobal problemdir.

Avqustun ilk günləri Çilinin şimalına və mərkəzinə tempratur kəskin artıb, paytaxt Santyaqoda isə baharı havası qeydə alınıb. 

"İndi çox ekstremal görünən hava bir neçə ildən sonra tədricən daha çox normal hala gələcək", deyə klimatoloq və Çilidəki Konsepsion Universitetinin professoru Martin Cak bildirib.

Alim əlavə edib ki, ekstremal hava hadisələri ilə iqlim dəyişikliyi arasında əlaqə yaratmaq çətin olsa da, Çilinin bəzi bölgələrində temperatur ildən-ilə rekordlar qırır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->