Xəbər lenti

Çində 5300 yaşı olan qədim düyü sahəsi tapıldı
Dünya 22:51 09.12.2023

Çində 5300 yaşı olan qədim düyü sahəsi tapıldı

Çinin şərqindəki Zeyianq əyalətində arxeoloqlar təxminən 5300-5500 il yaşı olan qədim düyü sahəsi aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, kəşf Hemudu neolit ​​mədəniyyətinin mərkəzi zonasında yerləşən Yuyao şəhərinin yaşayış məntəqələrindən birində edilib. Mütəxəssislərin ilkin məlumatlarına görə, sahə bu mədəniyyətin gec dövrünə aiddir.

Məlum olub ki, qazıntılar zamanı min kvadratmetr sahədə aparılıb. Arxeoloqlar üç yol kənarı, doqquz çuxur, düyü və alaq otlarının qalıqları, suvarma və drenaj üçün bir xəndək və çox güman ki, düyü sahəsini yaşayış məntəqəsi ilə birləşdirən bir yol tapıb.

Tədqiqatçılar əmindirlər ki, bu kəşf keçmişin düyü tarlaları sisteminə işıq salacaq. Bundan əlavə, alimlər hesab edirlər ki, bu, ərazidə çəltikçiliyin öyrənilməsi üçün mühüm material rolunu oynayacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->