Ölkə 17:35 15.07.2022

Daha 155 nəfərə koronavirusa yoluxub, 1 nəfər vəfət edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 794 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 874 nəfər müalicə olunaraq sağalıb, 9 723 nəfər vəfat edib, aktiv xəstə sayı 650 nəfərdir.

Ölkədə son sutka ərzində 2 410, hazırkı dövrədək isə 6 996 835 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 1935 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 395, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 142, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1220, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 178 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 787 674, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 360 841, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 878, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 319 936, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 251 019 nəfər təşkil edir.