Xəbər lenti

Daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon”u qurulacaq
Ekonomiks 16:07 11.02.2023

Daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon”u qurulacaq

SOCAR "Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə ( 13-14.02.2023 və 16-17.02.2023  tarixləri) daha 4 rayonda vətəndaşlarla "Açıq mikrofon” aksiyaları keçiriləcək.
 
Aksiya həftənin 1-ci günü saat 12:00-dan 13:00-dək Daşkəsən rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 2-ci günü saat 14:00-dan 15:00-dək Şəmkir rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü saat 12:00-dan 13:00-dək Ağstafa rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 12:00-dan 13:00-dək Gədəbəy rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq.
 
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->