Xəbər lenti

İdman 14:40 12.07.2023

Daha bir idmaçımız Parisdə keçiriləcək olimpiadaya lisenziya qazandı

Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatında daha bir paralimpiyaçımız 2024-cü ildə sözügedən şəhərdə keçiriləcək olimpiadaya lisenziya qazanıb. 
 
Qaynarinfo-nun məlumatına görə, Səid Nəcəfzadə uzunluğa tullanma növündə 7.11 m nəticə göstərərək bürünc medalı təmin edib. İdmançımız bununla da Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Daha öncə milli komandanın üzvləri Lamiyə Vəliyeva və Oloxan Musayev də Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?