
Tanınmış ilahiyyatçı Zülfüqar Mikayilzadə səhər saatlarından Yasamal Rayon Polis İdarəsinə çağırılıb.
Ruhani ilə birlikdə onun sürücüsü Sərvər və "Lenkeranxeber.com"un jurnalisti Ramik Cəfərzadə də idarədədilər.
Sürücüsü bildirib ki, polis bölməsində ilahiyyatçıya qarşı kobud rəftar edilib.
Virtualaz.org bildirir ki, Zülfuqar Mikayilzadənin dostlarının verdikləri məlumatda xəbər təsdiqlənib. Onların sözlərinə görə, polis idarəsində dindirməni MTN əməkdaşları aparır.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov İslamazeri.az-a bu barədə heç bir məlumata sahib olmadığını bildirib.
Qaynar.info