Xəbər lenti

Danilov Medvedevin
Dünya 22:20 07.02.2023

Danilov Medvedevin "38-ci paralel" boyunca bölünmə ilə bağlı fikrinə cavab verdi

"Ukrayna Koreya deyil. 38-ci və digər paralellər, xarici hekayələr və kənardan tətbiq edilən ssenarilər olmayacaq”.

Qaynarinfo xəbər verir ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ukraynada hadisələrin "Koreya senarisi üzrə" inkişafı və ölkənin şərti olaraq paralellərə bölünməsi ilə bağlı sözlərinə qeyd edib. 

"Rusiya hərbi gəmisinin" hərəkət koordinatları müəyyən edilib, heç bir dəyişiklik nəzərdə tutulmayıb, Ukrayna Müdafiə Qüvvələri işləyirlər”, - Danilov davamında yazıb.

Xatırladaq ki, Medvedev tvitində qeyd edib ki, Ukrayna guya Rusiya ilə müharibədə "Koreya senarisi”nin mümkünlüyünü nəzərdən keçirir, Cənubi Koreya kimi olmağa çalışır və işğal olunmuş ərazilərin azad edilməsinə ümid edir.

Lakin Medvedevin fikrincə, "Koreya senarisi” mümkün deyil, çünki Rusiya "tam suverenliyə malik dövlət və ən qorxulu silaha malikdir”. O, həmçinin Ukraynanı "hissələrə bölünəcəyi” ilə hədələyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->