Xəbər lenti

Danimarka Quranın yandırılmasını qadağan etdi - Cinayət hesab olunacaq
Dünya 19:35 07.12.2023

Danimarka Quranın yandırılmasını qadağan etdi - Cinayət hesab olunacaq

Danimarka parlamenti Quranın yandırılması da daxil olmaqla, "tanınmış dindarlar icması üçün böyük dini əhəmiyyət kəsb edən mətnlərin qeyri-adekvat şəkildə idarə edilməsini" qadağan etməyə səs verib. 

Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, 94 deputat qanun layihəsinin lehinə, 77 deputat isə qadağanın əleyhinə səs verib. Yeniliyin 7 gündən sonra qüvvəyə minəcəyi vurğulanır. Qanun mühüm dini mətnlərlə yanlış rəftar etməyi cinayət hesab edir, pozuntular 2 ilə qədər həbs cəzası ilə cəzalandırılır.

Bundan əvvəl İsveçin baş naziri Ulf Kristersson bildirmişdi ki, ölkə hakimiyyəti Danimarkadan sonra dini kitabların yandırılmasına qadağa qoymağı planlaşdırmır, çünki bu, krallığın konstitusiyasına düzəlişlər edilməsini tələb edir.

Eyni zamanda, o, Danimarkanın qərarına böyük hörmətlə yanaşdığını, lakin İsveçin ondan nümunə götürməsinin konstitusiyaya düzəlişlər etmək demək olduğunu, buna görə də bu, krallıq üçün ən uyğun yol olmadığını vurğulayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->