Xəbər lenti

Daxili İşlər Nazirliyindən İsa Qəmbər açıqlaması
Ölkə09:04 14.01.2013

Daxili İşlər Nazirliyindən İsa Qəmbər açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qadınların ciddi narazılıq və nifrətini görən partiya başqanı təcili rayon ərazisini tərk edib"


Daxili İşlər Nazirliyi Müsavat Partiyasının başqanı İsa Qəmbərin və tərəfdarlarının yanvarın 13-də Lənkəranda hücuma məruz qalmasına münasibət bildirib.

DİN mətbuat xidmətinin rəis müavini polkovnik Ehsan Zahidov yanvarın 14-də “Media forum” saytına bildirib ki, istər yanvarın 13-də, istərsə də digər gündə Lənkəran rayonunda heç kim hücuma məruz qalmayıb:

“Yəqin ki, söhbət Müsavat başqanı İsa Qəmbərin çağırılmamış qonaq qismində, xəlvəti Lənkəran rayonuna səfərindən gedir. Yanvarın 13-də partiya başqanı və ətrafında olan bir neçə şəxs günorta saat 14:30 radələrində Lənkəran rayonunun Göyşaban kəndinin ərazisində olarkən, əsasən qadınlardan ibarət bir qrup rayon sakininin ciddi etirazı ilə qarşılaşıb. Qadınlar onları etirazla qarşılayıb. Həmin qadınların ciddi narazılıq və nifrətini görən partiya başqanı təcili rayon ərazisini tərk edib. Bu zaman bəzi mətbuat orqanlarının iddia etdiyi kimi zərərçəkən, xəsarət alan olmayıb. Yanvarın 13-də DİN-in “102” zəng xidmətinə bununla bağlı müraciət daxil olub və hazırda aidiyyəti üzrə araşdırma aparılır”.

İsa Qəmbər Azərbaycan vətəndaşıdır. O, ölkənin hansısa rayonuna getmək üçün niyə kimdənsə razılıq və icazə almalıdır? “Media forum” saytının bu sualına DİN rəsmisi belə cavab verib: “Mətbuatın iddia etdiyinə görə, İsa Qəmbər partiyasının rayon təşkilatının təşkil etdiyi tədbirdə iştirak etmək üçün Lənkərana gedib. Həmin tədbir haqqında isə qanunun tələbinə uyğun formada əvvəlcədən Lənkəran Rayon İcra Hakimiyyətinə heç bir xəbər verilməyib. Ona görə də bu səfəri “xəlvəti” adlandırdım.”

Müsavat başqanı və tərəfdarlarının avtomobillərinin sındırılmasına gəlincə, E.Zahidov deyib ki, bu məsələ araşdırılacaq və əsl həqiqət üzə çıxacaq.