"Biz Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda möhtəşəm uğura imza atdıq, "qara yara"nı kəsdik, Azərbaycan xalqının qüruru bərpa olundu, ordumuz xalqımızın başını ucaltdı. Buna görə də biz hərbçilərin müraciətlərinə daha diqqətlə yanaşmalıyıq".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, onlara DSX və Daxili Qoşunların hərbçiləri bununla bağlı müraciət edir:
"Daxili Qoşunlar, Dövlət Sərhəd Xidmətinin hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də, mənzil verilmir, ancaq Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir. Onlarla əmək müqaviləsini bağlasaq, bu problemlər yaranmaz, onların da məhkəmələrə müraciət etmək hüquqları yaranacaq".
Deputat qeyd edib ki, dövlət idarəetməsinə şəffaflığın artırılması üçün yeni qanunu qəbul etməliyik:
"Deputatlara bu səlahiyyət verilsin. Silahların alınmasına nə qədər pul xərclənir və s. kimi məlumatlar bizə verilmir".
Qafqaz Rafiqoğlu
Şərhlər