Dəhşətli qəzada ölən hərbçi görün kim imiş? (FOTO)
Ötən
gün Sumqayıtda beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində həlak
olan hərbçilərdən biri şəhid övladı imiş.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə
sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd
edilib ki, dörd hərbi qulluqçunun və bir mülki şəxsin həlak olduğu qəzada həyatını
itirənlərdən biri də Lerik rayonu Siyov kəndində anadan olan, Aprel Döyüşlərində
iştirak etmiş ordumuzun giziri Ceyhun Qafarov olub.
Ceyhun
Qafarovun atası, mayor Mehman Qafarov 1993-cü ildə Ağcabədi rayonu Avşar kəndi
uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Lerik rayonu Siyov kənd
orta məktəbi Mehman Qafarovun adını daşıyır.
Qeyd
edək ki, mayın 26-sı, saat 07:30 radələrində Sahil-H.Z.Tağıyev avtomobil yolunun
Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 1992-ci il təvəllüdlü Qafarlı
Ceyhun Mehman oğlu idarə etdiyi "Saipa Saina EX” markalı, 99-PB-542 dövlət
qeydiyyat nişanlı minik avtomobili ilə Sahil qəsəbəsi istiqamətində hərəkətdə
olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxaraq
qarşıdan gələn 1984-cü il təvəllüdlü, Xırdalan şəhər sakini Əliyev Ramil Gülhəsən
oğlunun idarə etdiyi "Opel Vectra” markalı 01-BZ-361 dövlət qeydiyyat nişanlı
avtomobillə toqquşub.
Nəticədə, "Saipa Saina EX” markalı avtomobilin sürücüsü və sərnişinləri
- 1990-cı il təvəllüdlü Pənahlı Fərid Kərim oğlu, 1991-ci il təvəllüdlü Qafarov
Toğrul Bəhman oğlu, 1983-cü il təvəllüdlü Yusifov Şərbət Araz oğlu, habelə
"Opel Vectra” markalı avtomobilin sərnişini 1956-cı il təvəllüdlü Bakı şəhər
sakini Yusubov Mənaf Nüsübət oğlu hadisə yerində ölüblər.
"Opel Vectra” markalı avtomobilin sürücü və "Saipa Saina EX”
markalı avtomobilin sərnişini 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğlu
isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Şərhlər